SƏNAYE

16 Aprel

Azərbaycanda qaz ixracı 45% ARTIB

2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq qaz ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur.

Fins.az SOCAR-a istinadən  xəbər verir ki, qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.

Məlumata görə şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox10 neft, 1,1 milyard kubmetrdən çox11 təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunub, 669 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.

Müəllif:Aynur Qəniyeva