SƏNAYE

14 Aprel

ABŞ-ın neft ehtiyatları azalıb

Birləşmiş Ştatların xam neft ehtiyatları azalır.

Fins.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 3,61 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 2,1 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2,6 milyon barrel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.