SƏNAYE

12 Aprel

Neft bazarının iştirakçıları nüvə müqaviləsi danışıqlarına fokuslanıb

Neft qiymətləri, ABŞ Mərkəzi Bankının sədri (Fed) Jerome Powell-in ABŞ iqtisadiyyatının daha güclü bir böyüməyə doğru irəlilədiyinə dair açıqlamasına baxmayaraq yeni növ koronavirusa yoluxanların artmasını nəzərə alaraq çox dəyişməyib.

Fins.az xəbər verir ki, indi bazar iştirakçıları İran ilə ABŞ arasındakı nüvə müqaviləsi danışıqlarına fokuslanıb. 

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, CBS-ə verdiyi bir müsahibəsində, ABŞ iqtisadiyyatının daha sürətli böyüməyə başlayacağını və məşğulluğun sürətlənməsini gözlədiklərini bildirib. O, iqtisadiyyatın "dönüş nöqtəsində" olduğunu söyləyib. 

Görünüşün çox yaxşılaşdığına işarə edən Powell, "Hazırda iqtisadiyyatımız üçün əsl risk xəstəliyin yenidən yayılmasıdır" deyib. 

Koronavirusa yoluxanların artması bazarlar üzərində təzyiq yaradır. Digər tərəfdən peyvəndləmə də yaxşı irəliləyir. Uzun dövrdə tələbin artacağı gözlənilir.  

Bakı vaxtı ilə saat 09:36-da Brent neft, London ICE Futures Europe birjasında 62,97 dollardan ticarət olunub. Qiymət əvvəlki seans ilə müqayisədə dəyişməyib.