SƏNAYE

18 Mart

Azərbaycan xarici ölkələrə təxminən 10 milyon dollar dəyərində qızıl satıb

Azərbaycan 2021-ci ilin yanvar ayında dünya bazarlarına 163,68 kq qızıl ixrac edib.

Bu barədə fins.az-a hökumətdən məlumat verilib.

Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $9 milyon 698,75 min təşkil edib.

İxracın bütün həcmi İsveçrənin payına düşüb.

Cari ilin yanvar ayında Azərbaycanda 270,9 kq qızıl hasil edilib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 33,1% azdır.