SƏNAYE

18 Mart

Azərbaycanda sement istehsalı ötənilki səviyyədə qalıb

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 82 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,2% çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə,6 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə uyğundur.

Yanvar-fevral aylarında 2,8 min ton gips (artım 4 dəfə), 12,5 min ton sementdən kərpic və tikinti blokları (artım 14,7%), 289,9 min ton hazır beton qarışığı (artım 19,5%) və 5,8 min ton tikinti əhəngi (artım 18,4%) istehsal edilib.