SƏNAYE

17 Mart

Azərbaycanın tikinti materialları “MosBuild 2021” sərgisində

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 30 mart - 2 aprel tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.

Fins.az xəbər verir ki, sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçiriləcək, məhsulların ixracına dair müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan 2-ci dəfə “MosBuild” beynəlxalq inşaat və tikinti materialları sərgisində olunacaq.

Müəllif:Aynur Qəniyeva