SƏNAYE

17 Mart

SOCAR-dan Azərbaycan ərzisindən Ermənistana qaz nəqli ilə bağlı AÇIQLAMA

Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub.

Fins.az xəbər verir ki, bunu  Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib

SOCAR təmsilçisi Qazprom Export-un Azərbaycandan Ermənistana qaz ixrac ediləcəyi barədə məlumatına münasibət bildirərək "Şimali Qafqaz - Zaqafqaziya magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır. Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunmuşdur."-deyə qeyd edib.

Xatırladaraq ki, bu gün Qazprom Export  "Şimali Qafqaz - Zaqafqaziya qaz kəmərində planlaşdırılmış profilaktik təmir işləri zamanı Rusiya qazı Azərbaycan ərazisindən istehlakçılara tədarük ediləcək. Martın 16-da Qazprom Export və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün " qısamüddətli müqavilə imzalanıb " - deyə açıqlamışdı.

Məlumatda həmçinin "Müqavilədə Şimali Qafqazın - Zaqafqaziya qaz kəmərinin Rusiya hissəsində planlaşdırılmış profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən keçərək Gürcüstanla sərhədədək istehlakçılara veriləcəyi nəzərdə tutulur. İş təxminən üç həftə çəkə bilər. Tamamlandıqdan sonra qaz Rusiya Federasiyası və Gürcüstan sərhədi üzərindən marşrut əvvəlki kimi nəql ediləcək "deyə Gazprom Export əlavə edib

Müəllif: Aynur Qəniyeva