SƏNAYE

17 Mart

Azərbaycanın xarici ölkələrə satdığı təbii qazın həcmləri açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 3 milyard 318 mln 506,3 min kubmetr təbii qaz ixrac edib.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsinə istinadən məlumat verilib

Məlumata görə, ötən iki ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 357 mln 692,34 min ABŞ dolları təşkil edib.

Bu həcmlərin 2 milyard 062 milyon 810,13 min kubmetri Türkiyəyə, 1 mlrd 244 milyon 846,58 min kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən iki ayda İtaliyaya 10 mln 794,1 min kubmetr, Bolqarıstana isə 55,49 min kubmetr təbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-fevral aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 180 milyon 041,35 min ABŞ dolları, Gürcüstana 175 milyon 501,85 min ABŞ dolları təşkil edib. Həmçinin, bu il İtaliyaya 1 milyon 949,05 min ABŞ dolları, Bolqarıstana isə 200,08 min ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.