SƏNAYE

16 Mart

“Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 47,2% artıb

2021-ci ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 2 milyard 992,8 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 47,2% çoxdur.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 45,6%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, sözügedən dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə 6 milyard 558,3 milyon kubmetr qaz (artım 8,2%) nəql edilib.