SƏNAYE

16 Mart

Azərbaycan qaz ixracını - Kəskin Artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 357 692,34 min ABŞ dolları dəyərində 3 318 506,3 min kubmetr təbii qaz ixrac edib.

Fins.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin ilk iki ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3 dəfəyə yaxın, həcmi isə 2,4 dəfə artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır. (Apa)