SƏNAYE

12 Mart

“SOCAR Construction” MMC kapitalını AZALDIB

“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb 

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb 

Məlumata görə, “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti  nizamnamə kapitalının 2,198,970 (iki milyon bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş) manat məbləğdən 1,049,586 (bir milyon qırx doqquz min beş yüz səksən altı) manat məbləğə azaldığını elan edir.

Şirkətin elanında həmçinin "Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər."-deyə qeyd olunub. 

Müəllif:Aynur Qəniyeva