SƏNAYE

11 Mart

Britaniya şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində işləri başa çatdırıb

Böyük Britaniyanın EXPRO şirkəti "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işləri başa çatdırıb.

Bu barədə  şirkətdən bildiriblər.

Qeyd olunub ki, təkrar sertifikatlaşma üzrə əsas işlərdən sonra bir müddət əvvəl "Şahdəniz-2" çərçivəsində fəaliyyət bərpa olunub və həmin işlər uğurla başa çatdırılıb.

Qeyd edək ki, EXPRO Xəzər regionunda 2007-ci ildən fəaliyyət göstərir. 2014-cü ildən şirkət "Şahdəniz-2" layihəsi çərçivəsində işlərə başlayıb.