SƏNAYE

26 Fevral

SOCAR və KazMunayGaz müqavilə imzalayıb 

SOCAR və KazMunayGaz (KMG), Abşeron arxipelağının dayaz sularında qazma qurğusu  Sattinin istifadəsinə dair müqavilə imzaladılar. 

Fins.az xəbər verir ki,KMG Drilling Services və Caspian Drilling Company ilə SOCAR və İngiltərənin BP şirkətinin birgə kəşfiyyat işləri apardıqları Xəzər dənizinin Azərbaycan sektorundakı Qazaxıstan qazma qurğusu Satti üçün quyuların qazılması barədə müqavilə imzalayıb

Məlumata görə, Satti qazma qurğusu British Petroleum Absheron Limited tərəfindən idarə olunan Dayaz Su Abşeron Yarımadası layihəsində (SWAP - Abşeron arxipelaqının dayaz suyu) iştirak edəcək.

Xəbər verildiyi kimi, 16 fevral 2019-cu il tarixində KazMunayGas, Satti qazma qurğusunu SOCAR-ın etibarlı idarəetməsinə verməyə razı oldu. Razılaşmalara əsasən, Qazaxıstan qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyat quyularının qazılması üçün istifadə ediləcək.

"Satti" qazma qurğusu tam şəkildə Qazaxıstanda inşa edilmiş ilk qurğudur. Həm dayaz suda, həm də dənizin böyük dərinliklərində 6 km-ə qədər quyu qazmaq üçün istifadə edilə bilər. İnşaat üç il ərzində iki gəmiqayırma zavodunda Amerika texnologiyalarından istifadə edilərək həyata keçirilmişdir. Qazma qurğusunun dəyəri 270 milyon dollar olub.