SƏNAYE

25 Fevral

Azərbaycan ən çox bu ölkəyə neft satıb

Azərbaycan 2020-ci ildə İtaliyaya 11 milyon 779 min 705 ton neft ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 2,7% çoxdur.

Fins.az xəbər verir ki,İtaliyaya ixrac edilmiş neftin dəyəri $4 milyard 121 milyon 246,1 min (azalma 25,6%) təşkil edib.

2020-ci ildə Azərbaycandan neft ixracının 40,6%-i İtaliyanın payına düşüb.