SƏNAYE

24 Fevral

"AzerGold” bununla bağlı “Inspectorate International Limited” şirkəti ilə əməkdaşlıq edəcək

«AzerGold» QSC qızıl və gümüş tərkibli xəlitələrin saflaşdırılması prosesinin təftişinə Böyük Britaniyanın “Inspectorate International Limited” şirkətini cəlb edib.

www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “AzerGold” şirkətlə qızıl və gümüş tərkibli xəlitələrin «Argor-Heraeus SA» affinaj şirkəti tərəfindən qəbul edildiyi andan onların saflaşdırılmasınadək olan bütün prosesə nəzarət edilməsi xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlayıb.

Müqavilənin dəyəri 16,728 min manatdır.