SƏNAYE

18 Fevral

Səudiyyəlilər neft hasilatını artırmağı planlaşdırırlar

Səudiyyə Ərəbistanının yaxın aylarda neft hasilatını artırmağı planlaşdırdığı və son dövrlərdə ən böyük tədarük məhdudiyyəini ləğv etməyə hazırlaşdığı ifadə edilib.
Fins.az xəbər verir ki,  Səudiyyə Ərəbistanı, neft bazarlarının gedişatını dəyişdirəcək yeni bir qərara hazırlaşır.

Dow Jones xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında krallıq müşavirləri, son qiymətlərdəki bərpa ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının gələn ay OPEC toplantısında əks qərarı elan etməyi planlaşdırdığını açıqlayıb.

Məsləhətçilərin proqnozlarına görə, Səudiyyə Ərəbistanının mart ayına qədər ixtisarlara sadiq qalmağı öhdəsinə götürdüyünü nəzərə alaraq hasilat artımı aprel ayına qədər başlamayacaq.

Verilən açıqlamada Səudiyyə Ərəbistanının bu ixtisarla bağlı qərarını hələ OPEC-ə bildirmədiyi də vurğulanıb.

Səudiyyə Ərəbistanının Enerji naziri Şahzadə Əbdüləziz bin Salman Çərşənbə günü konfransda "Biz bir il əvvələ nisbətən daha yaxşı bir yerdəyik, amma bir daha xəbərdar etməliyəm. Qeyri-müəyyənlik yüksəkdir, son dərəcə diqqətli olmalıyıq" deyə qeyd edib.