SƏNAYE

17 Fevral

Azərbaycan bu ölkəyə 36,4 milyon dollarlıq elektrik enerjisi satıb

Gürcüstan 2020-ci ildə $64,5 milyon dəyərində 1 milyard 610,1 milyon kVt-saat elektrik enerjisi idxal edib, $5,8 milyon dəyərində 153,8 milyon kVt-saat elektrik enerjisini isə ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sistemi kommersiya operatoru” (ESCO) SC-dən məlumat verilib.

Gürcüstan elektrik enerjisini üç ölkədən - Azərbaycan (1 kVt-saat 5 ABŞ senti), Rusiya (2,6 ABŞ senti) və Türkiyədən (4,3 ABŞ senti) alıb. Azərbaycandan $36,4 milyon dəyərində 726,3 milyon kVt-saat, Rusiyadan $14,6 milyon dəyərində 570,6 milyon kVt-saat, Türkiyədən $13,6 milyon dəyərində 313,1 milyon kVt-saat elektrik enerjisi idxal edilib.

Elektrik enerjisi ixracı Türkiyə (69,5 milyon kVt-saat), Ermənistan (66,4 milyon kVt-saat) və Azərbaycana (17,9 milyon kVt-saat) həyata keçirilib. Bir kVt-saat elektrik enerjisinin orta qiyməti 3,8 ABŞ senti təşkil edib.*