SƏNAYE

16 Fevral

Türkiyədən Azərbaycana gətirilən sementin miqdarı AZALIB

2021-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz azalaraq 1,986 milyon dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayımlayıb

Hesabat dövründə Türkiyənin dünya bazarlarına sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalaraq 279,256 milyard dollara bərabər olub.

2021-ci ilin yanvar ayında Türkiyənin sement ixracı ümumi ixracın 2,1 faizini təşkil edib.

Son 12 ay ərzində (yanvar 2020-ci il - yanvar 2021-ci il) Türkiyə 3,749 milyard dollar məbləğində sement ixrac edib.