SƏNAYE

15 Fevral

SOCAR Sloveniyada yanacaq doldurma məntəqəsi şəbəkəsi ala bilər

SOCAR şirkəti OMV Slovenia şirkətinin yanacaqdoldurma şəbəkəsini ala bilər.

Fins.az xəbər verir ki,bu barədə Sloveniya mətbuatı məlumat verir.

“Avstriyanın OMV enerji şirkəti Slovaniyada 120 YDM-nin daxil olduğu OMV Slovenia şirkətinin 92,25% səhmlərini satnağı planlaşdırır. Polşanın neft qiqantı PKN Orlen bu sövdələşməyə maraq göstərir. Bu sövdələşmənin digər potensial iştirakçısı – Avstriyada 82 YDM-dən ibarət şəbəkəyə malik olan SOCAR şirkətidir”, - deyə qeyd olunur.

Bundan başqa, bu alışa Rusiyanın “LUKOİL” şirkəti də maraq göstərir. Şirkət regionda fəaliyyət göstərir və 2010-cu ildə Xorvatiyada “Crobenz”i alıb.

OMV 1992-ci ildə Sloveniya bazarında fəaliyyət göstərir. Istrabenz və INA ilə OMV Istrabenz şirkətini təsis edib. 2004-cü ildə Avstriya şirkəti OMV Slovenia adlandırılan şirkətin əsas sahibi olub. 

OMV 2021-ci il fevralın əvvəlində investsiya portfelinin optimallaşdırılması çərçivəsində OMV Slovenia şirkətinin səhmlərinin 92,25%-ni satmaq qərarı barədə elan edib.

Qeyd edək ki, hazırda SOCAR xaricdə İsveçrə, Avstriya, Ukrayna və Gürcüstanda YDM şəbəkələrinə malikdir