SƏNAYE

15 Fevral

STAR NEZ ötən il 250 mln dollardan çox krediti geri ödəyib

STAR NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olmuşdur. 

Fins.az xəbər verir ki, 2020-ci ildə neft qiymətlərində azalmanın təsiri ilə emal gəlirlərinin də aşağı düşdüyünü sözlərinə əlavə edən“SOCAR Türkiyə”nin Emal və Neft-Kimya  bölməsinin rəhbəri Anar Məmmədov bildirmişdir:  “6,3 milyard dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi olan STAR NEZ bu çətin ildə 250 milyon dollardan çox kreditin geri ödənilməsinə nail olmuşdur. Bundan əlavə zavodumuzun anbar tutumunu və əməliyyat elastikliyini artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 milyon dollarlıq sərmayə büdcəsinə malik olan “NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə ümumi dəyəri təxminən 600 milyon dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq.” 

Fəaliyyətə başladıqdan 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının “Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan STAR NEZ inkişaf etmiş konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir. Türkiyədə xam neft emal edən iki müəssisədən biri  olan STAR NEZ  bu baxımdan da ölkə iqtisadiyyatına mühüm töhfə verir.

Müəllif: Aynur Qəniyeva