Xəzər dənizi karbohidrogenlərinin Qərb bazarlarına nəqli onilliklər boyu icra edilmişdir. Məmnunam ki, Birləşmiş Ştatların hökuməti və enerji şirkətləri həmin davamlı səylərdə mühüm rol oynayıblar.
Fins.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donell Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında bildirib.
"Cənub Qaz Dəhlizi enerji sahəsində həqiqətən çoxölçülü və çoxtərəfli nailiyyətdir. Burada bu gün təmsil olunan bütün ölkələr öz rolunu oynayıb. O cümlədən layihədə iştirak edən bütün ölkələrin çoxsaylı şirkətləri də var. Bu baxımdan İtaliya, Yunanıstan və Bolqarıstanda Avropa istehlakçıları hazırda bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edirlər. Biz bu ilin sonrakı mərhələsində başlanması gözlənilən Trans-Adriatik boru kəməri üçün bazarda sınaqları alqışlayırıq və 2021-ci ilin sonuna qədər nəticələri görməyi səmimiyyətlə arzulayırıq.
Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlində ABŞ şirkətlərinin də iştirak etdiyini deyən Kurt Donelli Azərbaycanla Türkmənistanın Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbriklərini çatdırdı", - K.Donell qeyd edib