SƏNAYE

13 Fevral

Azərbaycanda istehlakçılar 101,2 mln dollar məbləğində avtomobil benzini və dizel yanacağı alıb

2021-ci ilin yanvar ayında Azərbaycanda yanacaq istehlakçıları 172,1 milyon manat ($101,2 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Fins.a xəbər verir ko, bu barədə Dövlət Statistika Komitəs məlumat yayımlayıb 

“Cari ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 172,1 milyon manat və ya 5,4% gəlir əldə edilib”, - deyə məlumatda bildirilir.

2020-ci ilin yanvar ayı ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından gəlirlər 12,1% azalıb.

2020-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 40,8 milyon manat ($1,2 milyard) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 1,25 manat, “Super Euro-98” markalı benzinin 1 litri 1,4 manat, Aİ 92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.