SƏNAYE

10 Fevral

“SOCAR Construction” nizamnamə kapitalını azaldıb

“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayımlayıb 

Məlumata görə,“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 8,972,311 (səkkiz milyon doqquz yüz yetmiş iki min üç yüz on bir) manat məbləğdən 2,198,970 (iki milyon bir yüz doxsan səkkiz min doqquz yüz yetmiş) manat məbləğə azaldığını elan edir.

Qeyd olunur ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilər.

Müəllif:Aynur Qəniyeva