SƏNAYE

09 Fevral

Əliyev: Bu həftə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçiriləcək

Cari həftə Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu barədə Azərbaycan prezideti İlham Əliyev bəyan edib.

İlham Əliyev çərənbə axşamı Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonu qəbuledərkən bildirib  ki,gündən sonra Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının yeddinci iclası keçiriləcək. Bu iclasda biz nailiyyətləri nəzərdən keçirəcəyik və gələcək əməkdaşlığa ümid bəsləyəcəyik. 

İlkin məlumatlara əsasən, iclasda CQD layihəsinin reallaşmasına cəlb olunan ölkələr və şirkətlərin, həmçinin bir sıra beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı planlaşdırılır.

CQD ilə 10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya ixrac edilməsi gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb.

“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Avropaya nəql CQD-nin sonuncu seqmenti olan və illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edən Trans-Adriatik qaz kəməri (TANAP) ilə həyata keçirilir.