SƏNAYE

08 Fevral

Anar Məmmədov: Petkim-Star-ın birləşməsi 2-3 ildə baş verə bilər

"Petkim" neft-kimya kompleksinin "Star" neft emalı zavodunun payının satın alınması ilə bağlı planlarında dəyişiklik olmayıb.

Fins.az xəbər verir ki, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya şöbəsinin rəhbəri Anar Məmmədov "Bloomberg" televiziyasına müsahibəsində deyib.

O bildirib ki, "Petkim"-"Star" inteqrasiyası 2-3 il sonra başa çata bilər. COVID-19 pandemiyası istehsal gücünün azalmasına gətirib çıxarmayıb, 2020-ci ilin istehsal göstəriciləri isə 2019-cu ilə yaxın həddə olub.