SƏNAYE

08 Fevral

2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb

Azərbaycanın 2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb.

Energetika Nazirliyindən fins.az-a verilən məlumata görə, nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci il üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2020-ci il yanacaq-enerji balansının icra göstəricilərinin hər rüb üzrə təhlili aparılıb və icrasına nəzarət edilib.

Həmçinin nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.