SƏNAYE

05 Fevral

Kiyevdə SOCAR-ın yeni yanacaqdoldurma kompleksinin açılışı olub

“SOCAR Energy Ukrayna”nın Kiyevdə Banderl 36 ünvanında yeni premium-klass yanacaqdoldurma kompleksinin açılışı olub.

Fins.az xəbər verir ki,bu, yanacaqdoldurma kompleksi şəbəkənin 56-cı, Kiyevdə isə 13-cü məntəqəsidir. 

Məlumata görə, YDM-də yüngül neft məhsullarının avtomobillərə vurulması üçün 3 ikitərəfli yanacaq paylayıcı, həmçinin LPG doldurulması üçün dörd tapançalı qaz modulu quraşdırılıb.  Sürücülərə Avropanın Orlen şirkətinin istehsalı olan keyfiyyətli NANO yanacağının bütün növləri - А-98, А-95, Diesel Nano və Diesel Nano Extro təklif olunur. Yaxın gələcəkdə kompleksdə elektromobillərin yüklənməsini də həyata keçirmək mümkün olacaq.

Yeni YDM qara rəngin, monoxromluğun üstünlük təşkil etdiyi  müasir sənaye üslubunda tərtib olunmuşdur. SOCAR-ın trend özəllikləri interyer və eksteryerdə özünü göstərib. 

Burada təkərlərin doldurulması, biznes guşəsi, körpələr üçün bələk masası, avtomat ayaqqabı təmizləyicisi, valyuta dəyişmə məntəqəsi kimi əlavə xidmətlər müştərilərin istifadəsinə verilib. Arzu edənlər əvvəlcədən sifariş etməklə kompleksdəki marketdən növbəsiz, vaxt itirmədən alış-veriş edə bilər, evdə ailə üzvləri ilə birlikdə dadlı və doyumlu nahara etmək üçün Buta Cafe-nin hazır yeməklərindən ala bilərlər.

Xatırladaq ki, SOCAR – yolunuzun üstündə avtomobiliniz üçün düzgün yanacaq əldə etmək, yüksək keyfiyyətli xidmətlərdən yararlanmaqla yanaşı həm də dünya şöhrətli unikal brendləri tapacağınız rahat bir yerdir. Halal ətdən hazırlanmış dönər-kabab və əsl Azərbaycan plovu isə SOCAR-ın vizit vərəqəsinə çevrilib.  

Müəllif: Aynur Qəniyeva