SƏNAYE

04 Fevral

Shell son 20 ilin ən aşağı mənfəətini AÇIQLAYIB

Shell-in illik mənfəəti əvvəlki ilə nisbətən 71% azalaraq 4.8 milyard dollar olub.

Fins.az xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan Royal Dutch Shell, neftə olan tələbi azaldan Kovid-19 pandemiyası səbəbiylə 2020-ci ildə son 20 ilin ən aşağı mənfəətini elan edib. 

Şirkətin dördüncü rübünün mənfəəti əvvəlki ilə nisbətən 87% azalıb və gözləntilərdən az 393 milyon dollar olub. Shell-in illik mənfəəti isə əvvəlki ilə nisbətən 71% azalaraq 4.8 milyard dollar olub. 

Shell, ilin ilk rübü üçün dividend ödənişlərinin əvvəlki rübə görə 4% artacağını gözlədiyini açıqlayıb. 

Şirkət, investorlara öz fəaliyyətinə olan inamı artırmaq üçün birinci rübdə payçılara verəcəyi dividendini artırmaq istədiyini bildirib.

Müəllif: Aynur Qəniyeva