SƏNAYE

04 Fevral

Şahdənizdə qaz hasilatı 7,7% artıb

2020-ci ildə BP-Azərbaycan Şahdəniz yatağından 18,1 milyard kubmetr qaz hasil edib ki, bu da 2019-cu illə müqayisədə 7,7% çoxdur. 

Fins.az xəbər verir ki, bu barədə BP-Azərbaycan şirkətinin mətbuat xidməti məlumat verib 

Məlumata görə, 2020-ci ildə Şahdəniz yatağından da 3,6 milyon ton kondensat (və ya 29 milyon barel) hasil edilmişdir ki, bu da 2019-cu illə müqayisədə 2,8% çoxdur. Hazırda yatağın istehsal gücü gündə 56 milyon kubmetr və ya ildə 20 milyard kubmetrdən çoxdur.

Bu yatağın işlənməsi çərçivəsində 2020-ci ildə Şahdəniz konsorsiumunun xərcləri 1 milyard 942 milyon dollar təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 18,1% çoxdur. "2020-ci ildə layihə üzrə əməliyyat xərcləri 1 milyard dollar, kapital xərcləri 942 milyon dollar təşkil edib. Əsas xərclərin böyük hissəsi Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində işlərin payına düşüb. 

Şirkət ayrıca 2020-ci ildə Cənubi Qafqaz Boru Kəməri (YKTM və ya Bakı-Tbilisi-Ərzurum) vasitəsilə nəqlin gündəlik orta hesabla 33,8 milyon kubmetr (2019-cu ildə 29 milyon kubmetr) qaz olduğunu bildirib. Hesabat ilində YKTM-yə xidmət üçün əməliyyat xərcləri 47 milyon dollar, kapital 13 milyon dollar təşkil edib. 

Müəllif: Aynur Qəniyeva