SƏNAYE

04 Fevral

BP II rübdə Abşeron arxipelaqının dayaz sularında kəşfiyyat qazma işlərinə başlayacaq

 Abşeron arxipelaqının dayaz sularında  ilk kəşfiyyat quyusunun qazılmasına başlanacaq.

Fins.az xəbər verir ki, BP-Azan şirkətinin mətbuat xidmətindən məlumat verilib. 

Bundan əvvəl şirkət, SWAP layihəsi çərçivəsində kəşfiyyat qazma işlərinə 2020-ci ilin sonunda başlamaq niyyətini açıqladı, sonra onları 2021-ci ilə təxirə salıb.

Məlumata görə, Abşeron arxipelaqının seçilmiş dayaz su sahəsindəki ilk kəşfiyyat quyusunun qazılması üçün planlaşdırma işləri hələ də davam edir.

Bu quyu üçün 28 Avqust 2020-ci il tarixində Ətraf və Sosial-İqtisadi Təsirin Qiymətləndirilməsi Hesabatı hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir. Sənəd daha sonra yeniləndi və yenidən hökumətə təqdim edilib.Təsdiqləndikdən və müvafiq icazələrin alınması ilə SWAP layihəsi çərçivəsində  quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq