SƏNAYE

22 Yanvar

SOCAR Metanol Zavodu istehsalını 24,4% artırıb

SOCAR-ın  Methanol MMC (Azərbaycan Dövlət Neft Şirkəti, SOCAR) 2020-ci ildə 476,6 min ton metanol istehsal edib.

"2020-ci ildə SOCAR Methanol 476,6 min ton metanol istehsal edib ki, bu da 2019-cu illə müqayisədə 24,4% çoxdur. Həmçinin, müəssisənin anbarında 1 yanvar 2021-ci il tarixinə 4,2 min ton hazır məhsul var"

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsi dedi 

Məlumata görə, Bakının Qaradağ ərzisində yerləşən  Azərbaycan metanol zavodu AzMeCo tərəfindən inşa edilmişdir. AzMeCo-nun zavodun tikintisinə qoyduğu investisiyalar təqribən 500 milyon dollar təşkil edib.Zavodun istehsal gücü ildə 720 min ton metil spirtidir.

SOCAR, zavodu məhkəmə qərarı ilə sərəncamında olan Azərbaycan Beynəlxalq Bankından alan Agrarkredit QSC-dən 810 milyon manata zavodu satın alıb.