SƏNAYE

21 Yanvar

Sənaye müəssisələrinin istehsal etdiyi malların və xidmətlərin həcmi AZALIB

2020-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,0 faiz azalaraq 37,1 milyard manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb 

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,5 faiz artmışdır. Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma, 32,5 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.