SƏNAYE

14 Yanvar

TANAP-ın baş direktorundan Qarabağın bərpasına dəstəklə bağlı AÇIQLAMA

Bakı, 14 yanvar Fins.az

TANAP layihəsi Türkiyə ərazisində gerçəkləşdirildiyi üçün Dünya Bankı,Avropa İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumlarının dəstəklədiyi layihə olduğu üçün biz Türkiyədə "Sosial və Ətraf mühitə investisiya" proqramını həyata keçiririk.

Fins.az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, artıq türk xalqının da bu layihəyə olan marağını artırmaq üçün bu dəstək proqramlarını inkişaf etdirdik və çox uğurlu oldu.Zamanında Bakı Tibilisi Ceyhan layihəsi üçün  də bu tip proqramlar həyata keçirilib.

Saltuk Düzyol "Türkiyənin sərhədlərindən kənarda TANAP-ın öz imtiyaz sahəsindən kənarda dəstək layihəsi həyata keçirməsi tamamilə ortaqlarımızın isəlahiyyətinə daxildir.Bu gün üçün TANAP-ın bütün sərmayələri Türkiyənin sərhədləri daxilində olan yatırımlarımızla bağlıdır. -deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva