Bakı, 5 Yanvar Fins.az
637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayımlayıb
Məlumata görə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin dekabr ayı ərzində 637,74 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
ARDNF hazırda valyuta hərraclarında valyuta satışının əsas mənbəyidir.
Daha əvvəl bildirildiyi kimi, 2019-cu ildə ARDNF valyuta hərraclarında 6 milyard 593,86 milyon dollar həcmində xarici valyuta satıb (2018-ci ilə nisbətən 2,1% artım ).