SƏNAYE

29 Dekabr

Azərbaycan 271,5 milyon dollar dəyərində neft məhsulları ixrac edib

Bakı 29 dekabr Fins.az

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 994 min 934,41 ton neft məhsulları ixrac edib.

Bu barədə fins.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Yanvar-noyabr aylarında Azərbaycandan $271 milyon 470,01 min dəyərində bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 2,08%-i neft məhsullarının ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.

Hesabat dövründə bəyan edilmiş neft məhsullarının ixracı miqdar ifadəsində 17,2% artıb, dəyər ifadəsində 32,5% azalıb.

2019-cu ildə Azərbaycandan $462,789 milyon dəyərində 979,717 min ton neft məhsulları ixrac olunub.