SƏNAYE

21 Oktyabr

ABŞ-da neft ehtiyatlarında artım

Fins.az xəbər veriri ki,  Amerika Neft İnstitutunun (API) hesabatına əsasən, enerji bazarı mütəxəssislərinin proqnozlarına baxmayaraq, ABŞ-da xam neft ehtiyatları artıb. 

API hesabatı müəssisələrin könüllü olaraq təqdim etdikləri məlumatlara əsaslanır və ənənəvi olaraq, ABŞ Energetika Nazirliyi tərəfindən yayımlanan həftəlik statistik məlumatlarından öncə təqdim edilir. 

Bu gün Bakı vaxtı ilə 18:30-da ABŞ höküməti tərəfindən rəsmi həftəlik statistik məlumatlar bazar iştirakçılarının nəzərinə çatdırılacaqdır. Mütəxəssislərin fikrincə, Enerji Nazirliyinin rəqəmləri ABŞ-da hesabat dövrü üçün  xam neft ehtiyatlarının 1.3 milyon, benzin ehtiyatlarının 1.5 milyon, distillatların 2 milyon barel azalacağı proqnozlaşdırılır. 

20 Oktyabr çərşənbə axşamı təqdim olunan nəticələrə əsasən, WTI markalı neftin bir barel qiyməti 1.5% artaraq,  41.5$, Brent markalı neftin qiymətinin dekabr fyuçersləri 0/4% artaraq, 42.80$ olub.  (investaz.az)