SƏNAYE

20 Oktyabr

Nazir: Enerji müstəqilliyi isə milli təhlükəsizliyin ən mühüm hissəsidir

Enerji müstəqilliyi isə milli təhlükəsizliyin ən mühüm hissəsidir

Fins.az xəbər verir ki, bunu Energetika Naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

Məlıumta görə,bu gün Azərbaycanın hərbi və diplomatik gücü də işğalın aradan qaldırılmasına, ədalətin və regionda təhlükəsizlik mühitinin bərqərar olmasına yönəlib. “Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm.... Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu qətiyyəti, Ordumuzun davam edən qələbələri cəmiyyətimizin bütün üzvləri kimi energetiklərimizə də böyük ruh yüksəkliyi verir.

O bildirib ki,eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmalıyıq.

Müstəqillik hər bir dövlətin ən böyük sərvətidir. Enerji müstəqilliyi isə milli təhlükəsizliyin ən mühüm hissəsidir. Təqvimdə 20 oktyabrın Azərbaycan energetiklərinin peşə bayramı günü kimi təsbit olunması da ölkəmizin enerji müstəqilliyinin və rifahının təmin edilməsindəki tarixi hadisəyə əsaslanır. Belə ki, 1981-ci ilin 20 oktyabrında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ölkəmizin müstəqil, dayanıqlı enerji sisteminin formalaşdırılması və enerji təhlükəsizliyi sisteminin yaradılmasının möhkəm bünövrəsi oldu.

Məlumata görə nazir məqaləsində "Ulu Öndər o illərdə energetika sahəsində gördüyü işlər haqqında deyirdi: “Hər dəfə elektrik stansiyası tikilməsi haqqında məsələ qoyarkən mənə deyirdilər ki, bu, sənə nəyə lazımdır?! Bizdə - SSRİ-də vahid elektrik enerjisi sistemi var...bütün SSRİ-ni əhatə edən sistem var. Azərbaycana nə qədər elektrik enerjisi istəyirsinizsə verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Niyə özümüzünkü olsun? Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir.”-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva