SƏNAYE

20 Oktyabr

Pərviz Şahbazov: Belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur

Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur

Fins.az xəbər verir ki, bunu Azərbaycan Enbergetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib 

O bildirib ki,yeni ərazilər uğrunda yeni müharibə" ritorikasını Dağlıq Qarabağdan yüz kilometrlərlə uzaqlıqda yerləşən, regionu qərblə birləşdirən geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz istiqamətində hərbi təxribatlar müstəvisinə keçirən Ermənistan bu günlərdə bənzər uğursuz cəhdlərini Yevlax istiqamətində də təkrarladı. Raket atəşlərinin hədəfi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz Boru kəməri və Qərb İxrac Boru kəmərinin seçilməsi ilə  bu təxribatların miqyasca tək Azərbaycanla məhdudlaşmayan, regional və qlobal əməkdaşlığa, enerji təhlükəsizliyinə, beynəlxalq şirkətlərin və dövlətlərin maraqlarına qarşı yönəlmiş terror cəhdi olduğunu bir daha göstərdi

Nazir qeyd edib ki,məlumdur ki, bu layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılsa da, missiyası etibarilə qlobal enerji təhlükəsizliyi sisteminin elementləridir. Bu sistemdə Azərbaycanın mövqeyini möhkəmləndirən və iqtisadi gücünü artıran digər bir layihənin - Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi bir tarixdə belə təxribatlar Avropanın diversifikasiya məqsədini də hədəfə almış olur. Ermənistanın məlum davranışları göstərir ki, regionun aydın gələcəyinin müəyyənləşməsi bu ölkənin aqressiyasına son qoyulmasından keçir.

Müəlluf: Aynur Qəniyeva