SƏNAYE

20 Oktyabr

Energetika Nazirliyində inzibati xətalarla bağlı 302 işə baxılıb

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Energetika Nazirliyində inzibati xətalar üzrə 302 işə baxılıb.

Fins.az Energetika Nazirliyinə istinadən  xəbər  verir  ki,bunlardan 284 iş təbii qaz, 18 iş isə elektrik enerjisi ilə bağlı olub.

Məlumata görə təbii qaz üzrə 11 iş barəsində əsaslandırılmış qərardad qəbul edilib, 130 iş isə təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.

Qeyd edilirdi, Nazirlik  tərəfindən  aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 96 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 10 iş üzrə, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, elektrik qurğularında texniki istismar qaydalarının pozulmasına görə 1 iş üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilib. 32 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, nazirlik tərəfindən bütün qərarların “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.

Müəllif:Aynur  Qəniyeva