SƏNAYE

20 Oktyabr

OPEC Plus razılaşdı

Fins.az xəbər verir ki, OPEC Plus ölkələri hasilatın məhdudlaşdırılması sazişinin tam şəkildə icrasının təmin edilməsi üçün müddətini dekabr ayına kimi uzadıb. 

Nazirlər Monitorinq Komitəsinin (JMMC) toplantının sonunda açıqlanan yazılı bəyanatında, ölkələrin üzərinə götürdükləri öhdəliklərini ilin sonuna kimi tam təmin edəcəklərini qəbul edikləri yazılıb. 

OPEC Plusun növbəti toplantısı isə noyabrın 17-nə planlaşdırılıb. 

Qeyd etmək lazımdır ki, OPEC Plus formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən, iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9.7, avqust – dekabr ayları ərzində 7.7, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5.8 milyon barel azaltmalıdır. Eyni zamanda, 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər. 

Son aylar birliyə daxil olan bəzi ölkələr hasilat səviyyəsini artırmışdır. (investaz.az)