SƏNAYE

19 Oktyabr

OPEC Plus toplantısının neftə təsiri

OPEC Plus formatı Nazirlər Monitorinq Komitəsinin bu günə təyin olunmuş onlayn görüşündən sonra iri istehsalçı ölkələrinin hasilatı artıracağı ağlabatan deyil.

Mütəxəssislərin “Bloomberg”ə istinadən fikrlərinə görə, hasilatın artımını əngəlləyən iki amil var. Birincisi, hasilatın ixtisarına dair razılaşmaya baxmayaraq, indiyədək tələbat “zərrə qədər də” artmayıb. İkincisi, OPEC Plus formatının iştirakçısı olmayan Liviya, daxili müharibə üzündən yaranan 9 aylıq fasilədən sonra hasilatı bərpa edib.

“İstehsalat sürətlə artır, hazırda hasilatın gündəlik həcmi 500 min bareldir, bunun 200 min barel də artacağı mümkündür”, deyə Beynəlxalq Enerji Agentliyindən (İEA) bildiriblər.

Bu gün Nazirlər Monitorinq Komitəsində OPEC Plus Texniki Monitorinq Komitəsi tərəfindən ayın 15-də hazırlanmış bazar təhlili hesabatı müzakirə ediləcək. Hesabatda 2021-ci ildə təklifin tələbatı üstələcəyi ssenarisi də təqdim olunur. Bununla yanaşı, bazarda qiymətlər azaldığı üçün yanvarın 1-dən məhdudiyyətlərin yumşaldılması məsələsi də müzakirə olunacaq. 

Xatırladaq ki, OPEC Plus formatı çərçivəsində mayın 1-dən qüvvəyə minən yeni razılaşmaya əsasən, iştirakçı ölkələr may – iyul ayları ərzində gündəlik hasilatı 9.7 milyon barel, avqust – dekabr ayları ərzində 7.7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayının sonunadək isə 5.8 milyon barel azaltmalıdır. Bununla belə 2021-ci ilin dekabr ayında razılaşmanın şərtləri dəyişdirilə bilər.  (investaz.az)