SƏNAYE

16 Oktyabr

Azərbaycanın neft-qaz sektoruna investisiyalar 15,2% artıb

Yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 391,2 milyon manat yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 15,2 faiz artıb. 2020-ci ilin yanvar-sentyabr aylarında  neft-qaz sektorunda 15 milyard 754,4 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı 2019-cu ilin eyni aylarına nisbətən 6,1 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 6,4 faiz geriləyib.