SƏNAYE

16 Oktyabr

“Azəriqaz” -ın  2 milyon 300 mininci abonenti qeydə alınıb

“Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 mininci abonenti qeydə alınıb. 

Fins.az-a verilən məlumata görə, o, Salyan Regional qaz istismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan İsifova Sevda Ramazan qızıdır. 

Hazırda rayonda yerləşən bağçada müəllimə kimi çalışan Sevda xanım sentyabr ayının sonlarına aparılan hesabatlarda 2 milyon 300 mininci abonent kimi qeydiyyata düşüb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin təşəbbüsü ilə haqqında danışılan abonentə təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. Sevda İsifova belə bir həssas dönəmdə ona diqqət göstərdiklərinə görə “Azəriqaz” İB-nin rəhbərliyinə minnətdarlığını bildirib. 

 

Arzu olunub ki, növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamə tezliklə işğaldan azad olunacaq torpaqlarımızda təqdim edilsin.

Onu da qeyd edək ki, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 338 yeni abonent qeydiyyata alınıb. Bununla da bu günə olan məlumata görə Birlik üzrə əhali abonentlərinin sayı 2 milyon 303 min 513 nəfərə çatıb.