SƏNAYE

15 Oktyabr

ABŞ xam neft ehtiyatlarında azalma proqnozlaşdırılır

Fins.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-da xam neft ehtiyatlarında dəyişiklik göstəricisinin yayımlanması, investorların diqqət mərkəzində olacaqdır. 

Son günlər dünya enerji bazarlarında neft qiymətlərində stabillik müşahidə olunmaqdadır və bu gün neft ehtiyatları ilə bağlı açıqlanacaq göstərici, neft qiymətlərində kəskin qiymət aktivliyinə səbəb ola bilər. 

Analitiklərin gözləntisi ondan ibarətdir ki, ehtiyatlar 2.8 mln barel azalacaq, baxmayaraq ki, ötən həftə bu göstərici 500 min barel artıq olmuşdur. Səbəb kimi isə hasilat aparılan Meksika körfəzindəki mədən və buruqlarda qasırğa mövsümü ilə əlaqədar işlərin dayanması və enerjiyə ona tələbatın artması göstərilir.

Göstərici azalma ilə dərc olunarsa, neftin qiymətində yenidən artım trendi müşahidə oluna bilər.