SƏNAYE

14 Oktyabr

Azərbaycanda 1 mld 502,2 mln manatlıq avtomobil benzini və dizel yanacağı alınıb

Azərbaycanda yanacaq istehlakçıları 2020-ci ilin yanvar-sentyabr aylarında ümumi dəyəri 1 milyard 502,2 milyon manat olan avtomobil benzini və dizel yanacağı alıblar.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Fins.az xəbər verir ki,2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarətin ümumi həcmində avtomobil benzini və dizel yanacağının satışından əldə edilən gəlirlər 5,3% və ya 1 milyard 502,2 milyon manat məbləğində olub.