SƏNAYE

14 Oktyabr

Azərbaycanda sənaye istehsalı 4,5 % azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-sentyabr aylarında 27,8 milyard manatlıq  sənaye məhsulu istehsal edilib.

Fins.az xəbər verib 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib.Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 10,8 faiz artıb.

Müəllif: Aynur Qəniyeva