Siyasət

13 Oktyabr

Beynəlxalq Enerji Agentli: Enerji tələbatında bərpa 2025-ə qədər uzana bilər

Beynəlxalq Enerji Agentliyinin (UEA) prezidenti Fatih Birol, "Dünya Enerji Görünüşü 2020" hesabatını qiymətləndirərkən günəş enerjisinin dünya elektrik bazarlarının "yeni kralı" olacağını vurğuladı.
Fins.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (UEA) 4 müxtəlif ssenari üzrə növbəti 10 illik enerji bazarlarına yönəlmiş "Dünya Enerji Görünüşü 2020" hesabatına görə, bu il yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbindən dünya enerji tələbatı yüzdə 5 azalacaq.

Bu çərçivədə neftə olan tələb yüzdə 8 azalacaq və gündə 100 milyon barelin altına düşəcək. Kömür tələbi bu il yüzdə 7, təbii qaza olan tələb yüzdə 3 və qlobal elektrik enerjisinə olan tələbat yüzdə 2 azalacaq.

Dünyadakı enerji investisiyaları yüzdə 18 azalacaq, iqtisadi aktivliyin yavaşlaması ilə qlobal karbon emissiyaları yüzdə 7 azalacaq.

Gələn il Kovid-19 nəzarət altına alınarsa, qlobal enerji tələbinin 2023-cü ilin əvvəlində Kovid-19-dan əvvəlki səviyyəyə qayıtması, pandemiya davam edərsə enerji tələbinin bərpası 2025-ə qədər uzanacağı gözlənilir.

Epidemiyadan əvvəl 2019-2030 dövrü üçün 12% artacağını proqnozlaşdırılan enerji tələbində 9% artım olacaq.

Tələb artımının ləngiməsi, neft və təbii qaz qiymətlərinin epidemiyadan əvvəlki dövrlə müqayisədə azalmasına səbəb olar, investisiyaların azalması isə enerji bazarlarındakı dəyişkənlik riskini artıracaq.

Müəllif:Aynur Qəniyeva