SƏNAYE

12 Oktyabr

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2787 müraciəti araşdıraraq cavablandırıb

2020-ci ilin 9 ayı ərzində  2787 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Fins.az xəbər verir ki, Energetika Nazirliyi məlumat yayımlayıb

Məlumata görə, hesabat dövründə, həmçinin Energetika Nazirliyinin facebook səhifəsi vasitəsilə 80 müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşa cavab göndərilib.