SƏNAYE

12 Oktyabr

 Təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3468 müraciət daxil olub-NAZİRLİK AÇIQLAYIR

2020-ci ilin 9 ayı ərzində Energetika Nazirliyinə və tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı və digər məsələlərlə bağlı 3468 müraciət daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayımlayıb 

Məlumata görə, müraciətlərin 2190-ı elektrik enerjisi, 415-i təbii qaz təchizatı, 863-ü isə digər məzmunlu məsələləri əhatə edib. Bunlardan 238-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Müraciətlər əsasən texniki şərtin verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, qaz sızması, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələləri əhatə edib.

Müəllif:Aynur Qəniyeva