SƏNAYE

09 Oktyabr

Neft bazarı üçün çətin günlər geridə qaldı

"Neft bazarı üçün çətin günlər geridə qaldı, 2021-ci ilin ilk rübündə qiymətlərdə pozitiv dinamika görəcəyik", - bu sözləri "OPEC"in Baş Katibi Məhəmməd Barkindo dünən gecə bildirib. Onun sözlərinə görə, bu ilin dördüncü rübündə neft bazarı "çox sağlam" olacaq.

OPEC-in dünən yayımladığı illik proqnozunda qeyd olunub ki, uzunmüddətli dövrdə qlobal neft tələbatı 2040-cı ilədək 109,3 milyon barelə çatacaq. 

"Bloomberg"in verdiyi məlumatlara istinadən, hal-hazırda dünya üzrə neft ehtiyatları beş ilin orta göstəricisini 220 milyon barel üstələyir.

OPEC rəsmilərinin bu şərhləri neft qiymətlərində artım yarada bilər. Səbəb olaraq isə  bir tək Brent markalı neftin spekulyativ əməliyyatların həcminin son 10 ildə ən aşağı qiymətlərdə olmasını göstərmək olar.

Əlavə olaraq Səudiyyə Ərəbistanın gözlənilməz olaraq treyderlərə neft qiymətlərində eniş istiqamətli əməliyyatları etməməyə çağırışı əlavə səbəb kimi göstərilə bilər. Ölkənin enerji naziri Şahzadə Əbdül-Əziz bin Salman açıq şəkildə "OPEC+" çərçivəsində istehsal siyasətində baş verə biləcək dəyişikliklər haqqında  məlumat verməsi neftin 1 barelinin 40 dollardan aşağı düşməsi fonuna təsadüf etdiyi üçün bu qiymətin kritikliyi barədə siqnal verir.